Karlo Ançelottinin Braziliya millisində işə başlayacağı tarix müəyyənləşib

İspaniyanın "Real" klubunun baş məşqçisi Karlo Ançelottinin Braziliya millisində işə başlayacağı tarix müəyyənləşib.
"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis mayın 26-də "sambaçılar"ın "sükanı arxası"na keçəcək.
O, mayın 25-də La Liqada qarşılaşacaqları "Real Sosyedad" görüşündən sonra "Kral klubu"ndakı postundan ayrılacaq.
Qeyd edək ki, Ançelotti Madrid təmsilçisinin baş məşqçisi kimi İspaniya çempionluğunu, iki dəfə ölkə kubokunu və bir dəfə ölkə superkubokunu qazanıb. Bundan başqa, o, iki dəfə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.
"Cebheinfo.az"