Kapitulyasiya günü sui-qəsd: Arxasında kim durub?

2020-ci il noyabrın 10-na keçən gecə Ermənistan parlamentinin spikeri Ararat Mirzoyana (indiki xarici işlər naziri – red.) sui-qəsd cəhdinin araşdırılmasında mühüm irəliləyiş əldə olunub.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə İstintaq Komitəsinin rəhbəri Artur Poqosyan danışıb. O bu barədə İstintaq Komitəsinin fəaliyyətinin yekunlarına dair parlamentin 12 may 2020-ci il tarixli hesabatının müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu işlə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi məşğul olur. Üstəlik, İstintaq Komitəsinin sədrinin qeyd etdiyi kimi, ilk gündən fəal istintaq hərəkətləri həyata keçirilib. “İlk 1-2 ay ərzində onlarla şəxsə qarşı ittiham aktı olan cinayət işi məhkəməyə göndərilib. Hazırda artıq təqsirlilər barəsində çıxarılan hökmlər var”, - Poqosyan bildirib.
Birbaşa Mirzoyana sui-qəsdlə bağlı epizoda toxunan komitə sədri bir nəfərin həbs olunduğunu bildirdi. Onun barəsində olan iş də məhkəməyə göndərilib. “Lakin hazırda bu cinayət işinə hansı mərhələdə baxılması barədə məlumatım yoxdur”, - o əlavə edib.
Eyni zamanda, Artur Poqosyanın qeyd etdiyi kimi, hazırda aktiv istintaq hərəkətləri həyata keçirilir. Milli Təhlükəsizlik Xidməti də öz növbəsində genişmiqyaslı əməliyyat-istintaq tədbirləri həyata keçirib. Məsələn, hücum iştirakçılarının müəyyən edilməsi və şəxsiyyətinin müəyyən edilməsi, habelə təşkilatçıların və icraçıların rolunun aydınlaşdırılması istiqamətində mühüm işlər aparılıb.
Xəzər
“Cebheinfo.az”