Ərdoğan Paşinyanla nə danışıb?

Ərdoğan Paşinyanla nə danışıb?

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.

"Cebheinfo.az"ın məlumatına görə, Ərdoğanın Dolmabahçe sarayındakı ofisində baş tutan görüşdə Cənubi Qafqazda sülh və dialoq prosesi, eləcə də regionla bağlı cari proseslər, xüsusilə Türkiyə və Ermənistan arasındakı təmaslar müzakirə edilib.

Prezident Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında əldə olunan razılaşmanın hazırkı konyukturada əhəmiyyətinə diqqət çəkib. O, Türkiyənin bölgənin inkişafı məqsədilə həyata keçirilən səylərə hər cür dəstəyi verməyə davam edəcəyini bildirib.

Görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılacaq mümkün addımlar da müzakirə edilib.

Ərdoğan Türkiyənin təkcə Qafqazda deyil, bütün bölgədə sabitliyin bərqərar olması üçün diplomatiyanın bütün vasitələrindən istifadə etdiyini qeyd edib. O, İsrail - İran münaqişəsinin yaratdığı riskləri aradan qaldırmaq üçün liderlərlə təmaslarını davam etdirdiyini bildirib.

"Cebheinfo.az"