Mbappe növbəti oyunu da BURAXACAQ

Kilian Mbappe klublararası dünya çempionatında "Real"ın növbəti matçını da buraxacaq.
"Report" "El Partidazo de COPE"yə istinadən xəbər verir ki, hücumçu dünya çempionatının qrup mərhələsinin II turunda Meksikanın "Paçuka" klubu ilə oyunda iştirak etməyəcək.
Qeyd edək ki, 26 yaşlı fransalı daha əvvəl səhhətində yaranan problem səbəbindən Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə ilk turun matçını (1:1) da buraxmışdı.
"Cebheinfo.az"