“Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb

“Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb

“Qəbələ” klubu futbolçusu Elvin Yunuszadə ilə yollarını ayırıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi ilə 2024/2025 mövsümünün sonunda başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Elvin Yunuszadə “Qəbələ”də 22 oyun keçirib.

"Cebheinfo.az"