Rud van Nistelroy İngiltərə klubundan ayrılıb

Rud van Nistelroy İngiltərə klubundan ayrılıb

"Lester"in baş məşqçisi Rud van Nistelroy komandadan ayrılıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Niderland millisinin sabiq üzvü "Lester"ə 2024-cü ilin dekabrında qoşulub. Komanda onun rəhbərliyi altında keçirdiyi 27 oyunda 5 qələbə qazanıb, 3 heç-heçə edib, 19 matçda məğlub olub.

"Lester" 2024/2025 mövsümündə Premyer Liqada 18-ci yeri tutaraq Çempionşipə yuvarlanıb.

"Cebheinfo.az"