İdmançılar, jurnalistlər, həkimlər bir qəzada ÖLDÜLƏR

İdmançılar, jurnalistlər, həkimlər bir qəzada ÖLDÜLƏR

Milli İdman Festivalı üçün Nigeriyanın Kano əyalətinə gedən nümayəndə heyətinin bir neçə üzvü evə qayıdarkən yol qəzasında həlak olub.

Məlumata görə, körpüyə çırpılan avtomobildə 35 sərnişin olub. Qəzadan sağ çıxan Salisu Qama “Daily Post”-a bildirib ki, həmkarlarından bəziləri yerindəcə ölüb, digərləri isə Kür xəstəxanasına aparılıb.

“Cebheinfo.az” xəbər verir ki, Dakatsalle körpüsündə 22 nəfərin öldüyü təsdiqlənib. Sürücü də hadisə yerində ölüb. 
Digərləri hələ də xəstəxanada tibbi yardım alır.

Ölənlər arasında idmançılar, jurnalistlər, tibb işçiləri və idarəçilər də var.

Təfərrüatlar hələ də dəqiqləşdirilir və 29 medal qazanan komandanın bəzi üzvləri itkin düşüb.

Xəzər
“Cebheinfo.az”