“Əhalinin insan alveri problemi ilə bağlı sosial şəbəkə üzərindən maarifləndirilməsi” layihəsinin başlanmasına start verildi

“Əhalinin insan alveri problemi ilə bağlı sosial şəbəkə üzərindən maarifləndirilməsi” layihəsinin başlanmasına start verildi

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Əhalinin insan alveri problemi ilə bağlı sosial şəbəkə üzərindən maarifləndirilməsi” layihəsinin başlanmasına start verdi.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihənin müddəti 01.06.2025 – 31.08.2025-ci il tarixədəkdir. Layihənin əsas məqsədi sosial şəbəkə xidmətləri vasitəsilə insan alveri ilə bağlı məlumatlılığı artırmaq və istismarın yeni qurbanlarının sayının azaldılmasına töhfə vermək, cəmiyyətin dərin rəqəmsallaşmasından istifadə edərək insan alveri hallarının maksimum aşkarlanmasına, informasiyaların sürətli ötürülməsinə nail olmaq, İnsan alverinə qarşı effektiv mübarizədə müxtəlif media qrumları, sosial şəbəkə fəalları olan blogerlər, dövlət qurumları və QHT-lər arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə nail olmaqdır.

Eyni zamanda təşkilat İnsan alverindən zərərçəkmiş şəxslərin və potensial qurbanların sosial mühitə adaptasiyası məqsədilə onların sosial qayğı ilə əhatə olunmasının olduqca vacibliyini nəzərə alaraq onlar üçün sosial-reabilitasiya fəaliyyətini həyata keçirməyi planlaşdırır. Sosial-reabilitasiya prosesində zərərçəkmiş şəxslərə təsir edən xüsusi metod və üsullardan istifadə edilərək ehtiyaclarına uyğun psixoloji, hüquqi yardımlar göstəriləcək, tibbi müayinə və müalicə olunmaları üçün mərkəzin işçisinin müşayəti ilə insan alveri və potensial qurbanlar üçün ayrılmış xüsusi tibb müəssisələrinə, bacarıq və qabiliyyətlərinə uyğun olaraq isə peşə kurslarına istiqamətləndiriləcəklər. Reabilitasiya prosesinə zərərçəkmiş şəxslərin yaxın qohumları da cəlb ediləcəkdir.

Reabilitasiya prosesindən fatydalanmaq istəyən zərərçəkmişlər +994 055 481.49 66 nömrəsinə zəng edə bilərlər. Anonimliyin qorunmasına riayət olunacaqdır.

"Cebheinfo.az"