İran yola gəlir? 

İran yola gəlir? 

Qahirədə İranın xarici işlər naziri Abbas Əraqçi ilə MAQATE-nin rəhbəri Rafael Qrossi arasında bu ölkənin nüvə proqramı ilə bağlı görüş keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, 
tədbirdə, həmçinin Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Misirin xarici işlər naziri Bədr Əbd əl-Ati də iştirak ediblər.

Rafael Qrossi bildirib ki, agentlik artıq öz hesabatını hazırlayıb və "Associated Press" həmin sənədlə ötən həftəsonu tanış olub. Onun sözlərinə görə, bu hesabatın “sülh və diplomatik həll yoluna stimul olması” ümid edilir.

Səbinə Uğur 
"Cebheinfo.az"