Zelenski Rusiya nümayəndə heyətini “axmaq” adlandırıb

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçirilən danışıqlarda iki-üç günlük atəşkəs təklif edən Rusiya nümayəndə heyətini tənqid edib.
Bu barədə "Unian" məlumat yayıb.
"Onlar iki-üç günlük atəşkəsə döyüş meydanından ölüləri götürmək üçün hazırdırlar. Düşünürəm ki, onlar axmaqdırlar, çünki atəşkəs ölənlərin olmamasını təmin etmək üçündür. Yəni əhval-ruhiyyəni görürsünüz. Onlar üçün bu, müharibədə qısa fasilə deməkdir", - Zelenski qeyd edib.
"Cebheinfo.az"