Orban: Rusiya-Ukrayna müharibəsi uzana bilər

Macarıstanın Baş naziri Viktor Orban Ukraynadakı müharibənin uzanacağı ilə bağlı narahatlığını ifadə edib.
APA xəbər verir ki, hökümət başçısı bu barədə sosial şəbəkə hesablarında yazıb.
“Son günlərdəki hərbi əməliyyatlar göstərir ki, müharibə əvvəl düşündüyümüzdən daha uzunmüddətli və daha amansız olacaq. Biz müharibənin bütün təhlükəsizlik və iqtisadi nəticələri ilə birlikdə uzanmasına hazır olmalıyıq”, - Orban qeyd edib.
"Cebheinfo.az"