15 milyardlıq hazırlıq: İndi də "buz müharibəsi"

15 milyardlıq hazırlıq: İndi də "buz müharibəsi"

Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov Böyük Britaniyanın nüvə silahlarının  bu ölkə ilə mümkün  toqquşmada həlledici rol oynamayacağı qənaətindədir.

"Cebheinfo.az" xəbər verir ki, Puşkov Britaniyada bütün siyasi qüvvələrin Rusiya ilə müharibəyə hazırlaşdığını iddia edir. 

Bununla yanaşı, o, krallığın ABŞ, Rusiya və Çin kimi “böyük geosiyasi triosu”nun səviyyəsinə yüksəlmək şansının olmadığını da bildirir.

“Kommerstant” yazır ki, Puşkov strateji müdafiə icmalının dərc olunması ilə bağlı məlumatı belə cavablandırıb.

Həmin sənəddə 12 ədəd sualtı nüvə qayığının inşası və döyüş başlıqlarının istehsalı üçün 15 milyard funt- sterlin ayrılması nəzərdə tutulur.

Puşkov özünün "Telegram"  kanalında “Böyük Britaniya Rusiya ilə uzunmüddətli bir "buz müharibəsi" planlaşdırır. Burada İşçi Partiyası ilə eyni neoliberallar olan və "neoliberal internasionala" daxil olan mühafizəkarlar arasında heç bir fərq yoxdur”.

Senatorun fikrincə, Böyük Britaniyanın nüvə silahlarının miqyası Rusiyaya qarşı mümkün münaqişədə ciddi rol oynamayacaq. Onun sözlərinə görə, həm 12 nüvə silahlı sualtı qayıq, həm də əlavə 4 sualtı qayıq, baş nazir vəzifəsinə namizəd olan Starmerin özünü hakimiyyətə gətirən “kollektiv Soros”, Britaniya hərbi bürokrasiyası, militarist dairələr və hərbi-sənaye kompleksi qarşısında hesabatlı olmasını təmin etmək məqsədi daşıyır.

Xatırladaq ki, bir neçə gün əvvəl Böyük Britaniyanın müdafiə naziri Con Hili Strateji Müdafiə İcmalının yayımlandığını açıqlamışdı. 

Hili bəyan etmişdi ki, dövlət Rusiya ilə mübarizə apara bilmək üçün hərbi-sənaye kompleksini gücləndirməyi qarşıya məqsəd qoyub.

Əfsanə Rəcəb
"Cebheinfo.az"