İranın İsrailə kütləvi hücumu nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB+FOTOLAR

İranın İsrailə kütləvi hücumu nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB+FOTOLAR

İranın İsrailin mərkəzi hissəsinə son hücumu nəticəsində azı beş nəfər ölüb, onlarla insan yaralanıb.

Bu barədə N12 telekanalı məlumat yayıb.

Zərbələr nəticəsində azı 87 nəfər müxtəlif xəsarətlər alıb, Petah-Tikvada dörd nəfər, Bney-Brakda isə daha bir nəfər ölüb. Zərbələr nəticəsində Hayfada da geniş dağıntılar müşahidə olunur.

Xilasedicilər uçmuş binaların altında qalan şəxslərin axtarışını davam etdirirlər.

06:56

İyunun 16-da səhər saatlarında İran Silahlı Qüvvələri İsrailə kütləvi raket hücumu etməsi nəticəsində azı üç nəfər ölüb.

Bu barədə İsrailin Milli Tibbi Xidmətindən (MTX) bildirilib:

“Mərkəzin atəşə tutulmasından sonra üç ölü var”.

Eyni zamanda, MTX sosial şəbəkədə 67 nəfərin yaralandığını açıqlayıb. Onlardan 60-nın vəziyyəti yüngül, 6-nın orta ağır, 30 yaşlı qadının isə kritik olduğu qeyd olunub.

Yerli KİV genişmiqyaslı dağıntılar barədə məlumat verir, xilasedicilər binaların dağıntıları altında qala biləcək sağ qalanları axtarmağa davam edirlər.

"Cebheinfo.az"