İsveçli atlet dünya rekordunu 12-ci dəfə yenilədi

İsveçli atlet dünya rekordunu 12-ci dəfə yenilədi

İkiqat Olimpiya çempionu, şüvüllə tullanma üzrə üçqat dünya çempionu, isveçli atlet Arman Düplantis yeni dünya rekordu müəyyənləşdirib.

Oxu.Az xəbər verir ki, isveçli Stokholmdakı "Brilliant Liqa" mərhələsində ilk cəhdində 6.28 metr hündürlüyü fəth edərək, dünya rekordunu 12-ci dəfə yeniləyib.

Bundan əvvəl Norveçin paytaxtı Osloda keçirilən mərhələdə Arman Düplantis qalib olmuşdu. O, ikinci cəhdində 6.15 metr hündürlüyə tullanmaqla Oslo mərhələsinin rekordunu da yeniləmişdi. İsveçli idmançı Tokio 2020 və Paris 2024 Olimpiya oyunlarının qalibi, həmçinin üçqat dünya çempionudur.

Qeyd edək ki, Düplantis "İlin idmançısı - 2024" nominasiyasında "Laureus" mükafatına layiq görülüb

"Cebheinfo.az"