FIFA referisi Elçin Məsiyev Avropa çempionatının matçına təyinat alıb

FIFA referisi Elçin Məsiyev Avropa çempionatının matçına təyinat alıb

FIFA referisi Elçin Məsiyev Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin III turunda keçiriləcək Gürcüstan – Portuqaliya oyununun baş hakimi olacaq.

"Cebheinfo.az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını venesuelalı Aleksis Errera yerinə yetirəcək.

İyunun 17-də Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçiriləcək C qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, E.Məsiyev iyunun 12-də turnirin A qrupunun Çexiya – İngiltərə (1:3) görüşünü idarə edib.

"Cebheinfo.az"