İranda İsrail silahları tapıldı

İranda İsrail silahları tapıldı

İranın xüsusi xidmət orqanları İsrail agentləri tərəfindən İslam Respublikasının ərazisində yerləşdirilmiş məsafədən idarə olunan “Spike” ("Spayk") tank əleyhinə raket komplekslərini aşkarlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.

Məlumata görə, internet üzərindən uzaqdan idarəetmə sistemləri ilə təchiz olunmuş “Spike” kompleksləri İranın hava hücumundan müdafiə vasitələrini sıradan çıxarmaq məqsədilə istifadə olunmalıymış.Telekanal İsrail silahlarının konkret olaraq harada yerləşdirildiyini açıqlamayıb.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə proqramına qarşı yönəlmiş "Şahə qalxan şir" əməliyyatına başlayıb.Bundan az sonra İran cavab zərbəsi endirib. Sonrakı günlərdə tərəflər bir neçə dəfə qarşılıqlı raket hücumları həyata keçiriblər.

Hər iki ölkə bu hücumlar nəticəsində ölən və yaralananların olduğunu təsdiqləyib, bəzi hədəflərin vurulduğunu etiraf etsələr də, ümumilikdə dəymiş zərərin məhdud olduğunu bildiriblər.

Səbinə Uğur
"Cebheinfo.az"