“Üzərimizdən raketlər uçur, çətin vəziyyətdir” - FOTO

“Üzərimizdən raketlər uçur, çətin vəziyyətdir” - FOTO

2023-cü ildə iranlı voleybolçu Mehdi Kərimi ilə ailə quran müğənni Lara İranda müharibənin ortasında qalıb.

"Cebheinfo.az" xəbər verir ki, Lara sosial media hesabında göz yaşları paylaşım edib və "Dostlar, mən burada qapalı qalmışam. Hazırda üzərimizdən raketlər uçur. Həqiqətən də çətin vəziyyətdir. Allah İran xalqının yanında olsun və İrana kömək olsun. İrandayam. Burada vəziyyət çox kritikdir. Sosial şəbəkələrə girməkdə çətinlik çəkdim. Telefonlarımız işləmir, internetə girə bilmirik. Xahiş edirəm, dualarınızı əsirgəməyin. Allah möhtərəm İran xalqına yar olsun" deyib.

Ötən gün isə o, həyat yoldaşı ilə birlikdə Türkiyəyə qayıtdığını açıqlayıb:

"Allahım, şükürlər olsun. Nə qədər kədərli və stresli olduğumu izah edə bilmirəm. Sadəcə bunu demək istəyirəm; sən qatil İsrailsən".(Axşam.az)

"Cebheinfo.az"