İsrail xəstəxana binasını VURDU

İsrailin İranın qərbindəki Kirmanşah şəhərində xəstəxanaya zərbələr endirdiyi açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyası hücumdan sonra Kirmanşahdakı Farabi xəstəxanasının görüntülərini yayımlayıb.
Görüntülərdə xəstəxananın dağıdıldığı, xərəyələrdə qan izlərinin olduğu görünür.Hücum nəticəsində yaralananların olmadığı qeyd olunub.
Nigar Hacılı
"Cebheinfo.az"