Pezeşkiandan şok açıqlama: “Nüvə enerjisindən...”

“İran özünün dinc məqsədlərlə nüvə enerjisindən istifadə etmək hüququnu güc yolu ilə qoruyacaq”.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bəyan edib.
"Bizim nüvə enerjisindən və onunla bağlı araşdırmalardan ölkəmizin və cəmiyyətimizin xeyrinə istifadə etmək hüququmuz var. Bu, İran xalqının ayrılmaz hüququdur. Heç kim bu haqqı İran İslam Respublikasından ala bilməz. Biz bu hüququ güclə müdafiə edəcəyik", - deyə Pezeşkian bildirib.
Səbinə Uğur
"Cebheinfo.az"