İŞİD rəhbərlərindən biri Pakistan-Əfqanıstan sərhədində saxlanılıb

Türkiyə və Pakistan kəşfiyyat xidmətlərinin keçirdiyi əməliyyat nəticəsində Pakistan-Əfqanıstan sərhədində İŞİD liderlərindən biri saxlanılıb.
Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
“Türkiyə və Pakistan kəşfiyyat xidmətlərinin Pakistan - Əfqanıstan sərhədində keçirdiyi birgə əməliyyat zamanı “narıncı kateqoriya” ilə axtarışda olan İŞİD liderlərindən biri Özgür Altun saxlanılıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) işi nəticəsində qrupun bu ölkəyə qarşı fəaliyyət planları pozulub, İŞİD-ə cəlb olunma deşifrə edilib, təşkilata aid rəqəmsal materiallar, eləcə də fəaliyyət planları ələ keçirilib.
“Cebheinfo.az”