İsrail ordusu İrandakı 3 xəstəxananı vurub

İsrail ordusu İrandakı 3 xəstəxananı vurub

İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi 13 iyundan bəri İsrailin hücumlarında 3 xəstəxana və 6 təcili yardım maşınının birbaşa hədəfə alındığını, 2 həkimin həyatını itirdiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, Zəfərkəndi bununla bağlı məlumat verib.

İranlı nazir yaralılara yardım edərkən İsrailin hücumlarında 3 xəstəxana və 6 təcili yardım maşınının, həmçinin bir ginekoloq və bir pediatrın hədəf alındığını bildirib.

Zəfərkəndi hücumların beynəlxalq humanitar hüquqa və tibb işçilərinin toxunulmazlığına zidd olduğunu vurğulayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"