Qəzzada ölənlərin sayı açıqlandı

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı son 48 saatda 202 nəfər artaraq 55 min 908 nəfərə çatıb.
"Cebheinfo.az" xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi yazılı açıqlamada İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları paylaşıb.
Qeyd olunub ki, son 48 saat ərzində Qəzzada 202 nəfər ölüb, 1037 yaralı xəstəxanalara çatdırılıb.İsrail ordusunun yanvarın 19-da əldə etdiyi atəşkəsi pozaraq, 18 martdan bu yana Qəzzada həyata keçirdiyi hücumlarda 5 min 599 fələstinlinin həyatını itirdiyi, 19 min 97 nəfərin isə yaralandığı bildirilib.
2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 55 min 908 nəfərə, yaralananların sayının isə 131 min 138 nəfərə yüksəldiyi bildirilib. Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Nigar Hacılı
"Cebheinfo.az"