Biləsuvarda qəza: Xəsarət alanlar var - YENİLƏNİB

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (qadın cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Qeyd olunub ki, hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilən şəxslərin vəziyyətləri stabil olaraq qiymətləndirilir.
***
15.33
Biləsuvar rayonunda yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Mübariz İbrahimov küçəsində qeydə alınıb.
"Hyundai" markalı minik avtomobili "QAZel" markalı sərnişin mikroavtobusuna çırpılıb. Qəzada xəsarət alanların olduğu bildirilir.
Onlar Biləsuvar rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"