İsrail Ordusu Qəzzada HƏMAS-ın komandirini zərərsizləşdirib

İsrail Ordusu Qəzzada HƏMAS-ın komandirini zərərsizləşdirib

İsrailin Müdafiə Ordusu radikal HƏMAS hərəkatının silahlı qanadı “Əl-Məvasi” batalyonunun komandirini zərərsizləşdirib.

Bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.

“İsrail Ordusu HƏMAS-ın "Əl-Məvasi" batalyonunun bölmə komandiri Xəlil Əbd əl-Nasser Məhəmməd Xatibi məhv edib”, - məlumatda deyilir.

Ordunun məlumatına görə, zərərsizləşdirilmiş şəxs 22 yanvar 2024-cü ildə İsrail qoşunlarının fəaliyyət göstərdiyi binaları tank əleyhinə raketlərlə atəşə tutan terrorçu dəstəsinə, həmçinin “Əl-Məvasi” rayonundakı silahlı qüvvələrin təhlükəsizliyini təmin edən tank dəstəsinə əmr verib, bu da 21 əsgərin ölümünə səbəb olub.

Mətbuat xidməti əlavə edib ki, “terrorçu İsrail Ordusunun hərbi qulluqçularına qarşı çoxsaylı hücumlarda iştirak edib”.

“Cebheinfo.az”