“Sputnik Azərbaycan”ın 5 əməkdaşı azadlığa buraxıldı

“Sputnik Azərbaycan”ın Bakıda DİN-in əməliyyatı nəticəsində saxlanılan 5 əməkdaşı zaminə buraxılıb.
Bu barədə sosial media məlumat yayıb.
Bildirilib ki, onlar Azərbaycan vətəndaşlarıdır.
Onların ölkədən çıxışına məhdudiyyət tətbiq edilib.
Qeyd edək ki, DİN-in əməliyyatı nəticəsində “Sputnik Azərbaycan”ın 7 əməkdaşı saxlanılmışdı, onlardan iki nəfər - direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov barəsində həbs qətimkan tədbiri seçilib.
Yerli media xəbər verir ki, Sputnik Azərbaycan-ın yerli vətəndaşlığı olan beş əməkdaşının hamısı zaminə buraxılıb.
"Cebheinfo.az"