Paşinyan özünə yeni mətbuat katibi təyin etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat katibi Nazeli Bağdasaryanı tutduğu vəzifədən azad edib.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Hraparak” qəzeti yazıb.
Bundan sonra 26 yaşlı Melaniya Harutyunyan Ermənistan Baş nazirinin yeni mətbuat katibi olacaq.
Nazeli Bağdasaryanı isə parlamentdə deputat kimi fəaliyyət göstərəcək.
Melaniya Harutyunyan hakim partiyanın gənclər şurasının katibidir və Ermənistan baş nazirini seçki kampaniyası boyunca müşayiət edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”


