Adanada polis əməliyyat keçirib: 58 narkotacir tutulub
Türkiyənin Adana bölgəsində narkotik vasitə satmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.
"Report"un "Haber Global"a istinadən xəbərinə görə, Adana polisin keçirdiyi əməliyyat nəticəsində 70 nəfər saxlanılıb.
Onlardan 58-i barəsində həbs qətimkan tədbiri seçilib, digər polis nəzarəti ilə şərti sərbəst buraxılıb.
Faktla bağlı araşdırmalar davam edir.
"Cebheinfo.az"


