"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün sözügedən ölkədə ilk yoxlama oyunu keçirəcək.
"Cebheinfo.az" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli "Tirol" klubu ilə üz-üzə gələcək.
"In Gernot Langes" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Xatırladaq ki, "Qarabağ" Bakıdakı yoxlama matçında "Zirə"ni məğlub edib - 4:3.
"Cebheinfo.az"


