SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə zərbələr endirdi
İran tərəfi Vaşinqtonun həyata keçirdiyi əvvəlki əməliyyatlara cavab olaraq ABŞ ordusunun mövqelərini hədəfə alıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə məlumatı "Tasnim" agentliyi SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) açıqlamasına istinadən yayıb.
"Düşmən təcavüzünə cavab olaraq, SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ ordusunun regiondakı dislokasiya yerlərinə zərbələr endirib", - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçən kommersiya gəmisinə edilən hücumun qarşılığında İran ərazilərinə hərbi zərbələr endirdiyini təsdiq etmişdi.
"Cebheinfo.az"


