Putin nüvə silahı atmağa HAZIRLAŞIR?
ABŞ-nin Avropadakı keçmiş ordusunun komandanı Ben Hodges Rusiyanın Ukraynadakı münaqişədə nüvə silahından istifadə etməsi ehtimalını dəyərləndirib.
"Cebheinfo.az" "Kiev Post" qəzetinə istinadən bildirir ki, o, Prezident Putinin bu baxımdan "heç bir şansının" olmadığını bildirib.
General qeyd edib ki, Rusiyanın nüvə silahından istifadə etmək imkanı var və buna görə də Kiyev bu məsələyə ciddi yanaşmalıdır. Lakin general hesab edir ki, Moskvanın bu silahlardan Ukraynaya və ya başqa bir yerə qarşı istifadə etməsinin ehtimalı yoxdur:
"Rusiyanın özünə birbaşa, mövcud təhlükə olmadığı təqdirdə, bu baş verməyəcək".
Məlumat üçün bildirək ki, ABŞ-nin Avropa və Afrikadakı ordusunun komandanı və NATO-nun quru qüvvələrinin komandanı general Kristofer Donaho da bu yay vəzifəsindən ayrılacaq.
Xəzər
"Cebheinfo.az"

