Qulaqla ağrıya son qoymaq OLAR

Alimlər qulaqdan keçən vagus sinirini stimullaşdırmaqla diz ağrısını aradan qaldırmağın yolunu tapıblar.
“Cebheinfo.az” xəbər verir ki, yeni araşdırmanın nəticələri “Osteoarthritis and Cartilage Open” jurnalında dərc olunub.
Onlar üsulu diz osteoartriti olan 45 və daha yuxarı yaşda olan 30 xəstə üzərində sınaqdan keçiriblər. 60 dəqiqə ərzində hər bir iştirakçı qulağına yerləşdirilən və vagus sinirinə bir impuls göndərən xüsusi bir cihaz taxıb.
Ümumilikdə, 30 iştirakçıdan 11-i müalicədən sonra ağrı səviyyələrində nəzərəçarpacaq fərq hiss etdi. Bunların 93%-nin heç bir yan təsiri olmayıb.
Aparıcı tədqiqatçının sözlərinə görə, bir çox müasir müalicələr diz ağrısının toxuma zədələnməsindən qaynaqlandığı fərziyyəsinə əsaslanır. Lakin bu yeni yanaşma mərkəzi sinir sistemində ağrıya səbəb ola biləcək şübhəli balanssızlığı hədəfləyir.
Elmi məqalənin müəllifləri deyirlər ki, növbəti addım bəzi xəstələrin vagus sinirinin stimulyasiyası, digərlərinin isə plasebo alacağı klinik sınaq olacaq.
Transkutan aurikulyar vagus sinirinin stimullaşdırılması (tVNS) cihazı epilepsiya və depressiya kimi şərtləri müalicə etmək üçün ABŞ Qida və Dərman İdarəsi tərəfindən artıq təsdiq edilir.
Xəzər
“Cebheinfo.az”