Ukrayna silahlıları Rusiyaya hücum etdi

Ukrayna silahlıları Rusiyaya hücum etdi

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Rılsk istiqamətində raket zərbəsi endirib, üç nəfər yaralanıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn məlumat verib.

Onun sözlərinə görə, iki nəfərdə ağır qəlpə yaraları, həmçinin baş və qol nahiyələrində sınıqlar var. Onların vəziyyəti ağırdır. Digər xəsarət alan qadının həyati təhlükəsi yoxdur. Xinşteyn həmçinin bildirib ki, zərbə nəticəsində  şəhərin girişindəki otelə ciddi ziyan dəyib. 
“Partlayış dalğası iki avtomobilə və iki fərdi evə də ziyan vurub: 

pəncərələr sınıb, dam və qaraj zədələnib” - Xinşteyn özünün “Telegram” kanalında belə yazıb. 

“Ötən gecə Kamenskdə (Rostov vilayəti) də Ukraynaya məxsus pilotsuz təyyarənin hücumunun qarşısı alınıb. İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur”, - deyə regionun qubernatoru vəzifəsini icra edən Yuri Slyusar “Telegram” kanalında yazıb.

Müşfiq Abdulla 
“Cebheinfo.az”