Köçəryandan bu əmlaklar geri alınır - SİYAHI

Köçəryandan bu əmlaklar geri alınır - SİYAHI

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın və onunla əlaqəli şəxslərin qeyri-müəyyən mənşəli əmlaklarının müsadirə edilməsini tələb edən məhz prokurorluqdur. 

“Cebheinfo.az” xəbər verir ki, bunu mayın 12-də 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair hesabatın müzakirəsi zamanı Ermənistanın baş prokuroru Anna Vardapetyan deyib. 

Ona görə də prokurorluq hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Vaaqn Aleksanyanın vəsatətini təmin etmək qərarına gəlib. Baş prokurorun sözlərinə görə, müttəhimlər Robert və Bella Köçəryanlar, Sedrak Köçəryan və Zaruhi Badalyan, Levon və Siranuş Köçəryanlar, həmçinin Qayane Köçəryan və Vigen Çatinyandır.

“Prokurorluq Ermənistan Respublikasının xeyrinə qeyri-qanuni mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı iddia ərizəsində 22 daşınmaz əmlak obyektinin müsadirəsini tələb edir. Bunlar aşağıdakılardır: 

2 əmlak almaq hüququ, 3 milyon dollar və 985 milyon dramdan çox məbləğdə alınmış istiqrazlar, qanuni iştirakda 1,4 milyon dollardan çox məbləğdə depozit qoyulması (qanuni fəaliyyətlərdə 1,5 milyon dollardan çox), “Nairi Insurance”, “Toyota Yerevan”, “Target Group” və bir sıra digər şirkətlərdən 4 milyonluq səhm iştirakçılığı, 8,3 milyard dram, 260 milyon rubl və 590 min avro məbləğində səhm tələb etmək hüququ, 2 milyarddan çox ekvivalda 2 nəqliyyat vasitəsi.

Xəzər
“Cebheinfo.az”