Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşıb

Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşıb

Venesuelada baş vermiş zəlzələlər nəticəsində ölənlərin sayı 2954 nəfərə, yaralıların sayı isə 16 592 nəfərə çatıb.

"Report" EFE-yə istinadən xəbər verir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriqqes bildirib.

Venesuelanın Kommunikasiya və İnformasiya Nazirliyindən məlumat verilib ki, zəlzələ nəticəsində 856 bina dağılıb.

Qeyd olunur ki, fəlakət zonasına 3 281 beynəlxalq xilasedici göndərilib, Karakas isə xilasetmə əməliyyatlarını həyata keçirmək üçün 29 567 əməkdaş cəlb edib.

Həmçinin qeyd edilir ki, xilasetmə briqadaları ictimai təhlükəsizliyi təmin etmək, eləcə də cari bərpa və yenidənqurma işlərinə dəstək olmaq məqsədilə ən çox zərər çəkmiş rayonlarda işlərini davam etdirirlər.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib.

"Cebheinfo.az"