İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının həkim-mama-ginekoloqu Elmira Duxiyeva vəfat edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, o İsmayıllı rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Qeyd edək ki, bu gün saat 16 radələrində İsmayıllı rayonu ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb və 2 nəfər həyatını itirib.
"Cebheinfo.az"

