"Neftçi" Dünya Qadın Seriyasının Marsel mərhələsinin qalibi olub

"Neftçi" Dünya Qadın Seriyasının Marsel mərhələsinin qalibi olub

"Neftçi"nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında qalib gəlib.

"Cebheinfo.az" xəbər verir ki, 3-4 iyul 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Marsel (Fransa) mərhələsinin görüşləri keçirilib.

Azərbaycanı bu mərhələdə təmsil edən "Neftçi" qrup lideri kimi 1/4 finala yüksəlib. "Neftçi" 1/4 finalda Uqanda millisinə 18:15, yarımfinalda Fransa seçməsinə 14:10 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb.

Finalda güclü Kanada yığması ilə üz-üzə gələn təmsilçimiz, gərgin mübarizənin yekununda 9:15 hesabı ilə qələbə qazanıb və Marsel mərhələsinin qalibi olub.

Turnirin ən dəyərli basketbolçusu (MVP) "Neftçi" klubunun və milli komandamızın üzvü Arika Karter seçilib.

"Cebheinfo.az"