Yaponiya əhalisinin sayı azalır

Yaponiya əhalisinin sayı azalır

Yaponiyada əhalinin sayı son 15 ildə dəfələrlə azalıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər və Rabitə Nazirliyi məlumat yayıb.

2023-cü ildə doğulan körpələrin sayı 730 minlə indiyə qədərki ən aşağı səviyyədə qalıb.

Keçən il ölənlərin sayının 1,58 milyon olaraq qeyd edildiyi Yaponiyada ümumi əhali ardıcıl 15-ci ildir ki, yarım milyondan çox azalıb.

2024-cü il yanvarın 1-nə ölkə əhalisinin sayı 124,9 milyon nəfər olub.

Yaponiyada yaşayan əcnəbilərin sayı 11 faiz artaraq ilk dəfə 3 milyonu keçib.

Hazırda ümumi əhalinin təxminən 3 faizini təşkil edən əcnəbilər, əsasən, 15-64 yaş qrupunda olan əmək qabiliyyətli insanlardır.

Nigar Hacılı 
"Cebheinfo.az"