Gəncədə kuryer qəzaya düşdü - FOTO

Gəncədə kuryer qəzaya düşdü - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Minik maşını mopedlə kuryerlik edən təxminən 25 yaşlarında olan şəxsi vurub.

Xəstəxanaya aparılan şəxsin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"