Kəlbəcərdə traktor minaya düşdü - Yaralı var

Kəlbəcərdə traktor minaya düşüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Susuzluq kəndi ərazisində qeydə alınıb.
Kənd ərazisində traktorun minaya düşməsi zamanı partlayış olub.
Nəticədə traktorun sürücüsü Kürdəmir sakini, 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"