Liftdə köməksiz qalan şəxslər xilas edildi

Ötən sutka ərzində Fövqəladə Halar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 xilasetmə əməliyyatı keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 6 nəfərə müvafiq köməklik göstərilib.
"Cebheinfo.az"