Qazaxda maşın aşıb

Qazaxda maşın aşıb

Qazaxda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Toyota" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü 1959-cü il təvəllüdlü A.Zeynalov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

“Cebheinfo.az”