Xameneyi: "İsrailin zərbələri cavabsız qalmayacaq"

Xameneyi: "İsrailin zərbələri cavabsız qalmayacaq"

"İran cümə günü İslam Respublikasına bir sıra hücumlar həyata keçirən İsrailin hərəkətlərini cavabsız qoymayacaq".

Oxu.Az-ın "Al Masirah" telekanalına istinadən verdiyi məlumata görə, bunu İranın Ali Lideri ayətullah Əli Xamenei bildirib.

"Sionist qurum İrandakı yaşayış məntəqələrinə zərbələr endirərək iyrənc cinayət törədib. Bu təcavüz nəticəsində bir çox lider və alimlər həlak olublar, lakin onların davamçıları və həmkarları dərhal onların vəzifələrini yerinə yetirməyə davam ediblər", - Əli Xameneyi deyib.

İranın ali lideri qeyd edib ki, İrana qarşı təcavüzlə "sionist qurum özünə əzablı və acı tale gətirib".

"İran Silahlı Qüvvələrinin güclü əli bu qurumun hərəkətlərini cavabsız qoymayacaq", - deyə Əli Xamenei xəbərdarlıq edib.

Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramına qarşı yönəlmiş "Qalxan şir" əməliyyatının başlandığını elan edib. Yəhudi dövlətinin müdafiə naziri İsrael Katz bu hərəkətləri "preventiv zərbə" adlandırıb və həmvətənlərini Tehran tərəfindən mümkün cavab hücumu təhlükəsi barədə xəbərdar edib.

"Cebheinfo.az"