İsrail səfirindən sensasiyalı açıqlama: “Məqsəd İran rejimini devirməkdir”

İsrail səfirindən sensasiyalı açıqlama: “Məqsəd İran rejimini devirməkdir”

İsrailin Fransadakı səfiri Coşua Zafrir bildirib ki, İranın terror rejiminə qarşı hərbi əməliyyatlar aylarla deyil, bir neçə gün davam edə bilər. 

“Cebheinfo.az” xəbər verir ki, Coşua Zafrir İrana qarşı əməliyyatın məqsədinin rejimi devirmək və ölkənin nüvə proqramını dayandırmaq olduğunu bəyan edib. “İranın nüvə proqramının bəzi hissələri artıq məhv edilib. 

İsrailin ABŞ tərəfindən təcrid olunacağını düşünmürəm. Vaşinqtonla yaxın danışıqlar davam edir”,-deyə diplomat əlavə edib. Səfirin sözlərinə görə, İsrail İranın hücumundan əvvəl Fransanı məlumatlandırmayıb. Coşua Zafrir İranın nüvə proqramının yenidən başlamaması üçün diplomatiyanı davam etdirilməli olduğunu deyib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”