İsrailin İrana hücumundan sonra bölgədə hava hərəkəti dayanıb – FOTO

İsrailin İrana hücumundan sonra bölgədə hava hərəkəti dayanıb – FOTO

İsrailin İrana hücumundan sonra İran və İraq ətrafında hava hərəkəti tamamilə dayandırılıb. 

“Cebheinfo.az” xəbər verir ki, İraq hava məkanını bütün uçuşlar üçün bağladığını açıqlayıb. 

Həmçinin, İranın da hava məkanının növbəti xəbərdarlığa qədər bağlı olduğu bildirilib.İordaniya da hava məkanını müvəqqəti bağladığını və bütün hava nəqliyyatını dayandırdığını elan edib.

Uçuş izləmə sistemlərindən əldə edilən məlumatlara görə, İranın hava məkanı tamamilə boşalıb. Bənzər görüntülər İraq və Suriyada da görülüb.
Həmin görüntünü təqdim edirik:

Elmir 
“Cebheinfo.az”