Qazi arvadına görə döyüş yoldaşını öldürmək istədi - FOTO

Qazi arvadına görə döyüş yoldaşını öldürmək istədi - FOTO

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində döyüş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Vətən müharibəsi qazısı Orxan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə O.Hüseynov 10 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il Masazır qəsəbəsində baş verib. Müharibə veteranı Orxan Hüseynov döyüş yoldaşı Orxan İmanovu qısqanclıq zəminində bıçaqlayıb. O, Orxan İmanovun guya onun həyat yoldaşı ilə sevgili olduğunu zənn edib və bu məqsədlə Orxanı öldürməyə qərar verib. Müharibədə psixoloji travmalar alan Orxan Hüseynov Orxan İmanovun evinə gələrək onu həyətə çağırıb. Həyətdə söhbət zamanı mübahisə yaranıb. Nəticədə O.Hüseynov O.İmanovu həyat yoldaşı və azyaşlı uşağının gözü qarşısında bıçaqlayıb. Hadisə zamanı O. İmanov 9 bıçaq zərbəsi alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən O.Hüseynov saxlanılıb.

"Cebheinfo.az"