“Sərt cavab verəcəyik”

“Sərt cavab verəcəyik”

“İran rəhbərliyi İsrailin ölkə ərazisinə endirdiyi zərbələrə sərt cavab verəcək”.

“Qafqazinfo” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran hökumətinin yaydığı bəyanatda deyilir.

“Bu gün biz hamımız, xalq, hökumət və İran rəhbərliyi yüksək səslə və qətiyyətlə bəyan edə bilərik ki, sionistlər terrorçu və təcavüzkardırlar. Bizim cavab verməyə tam hüququmuz var və bu cavabı verəcəyik. Heç bir daxili fikir ayrılığı olmadan buna sərt cavab verəcəyik”, - deyə məlumatda qeyd olunub.

"Cebheinfo.az"