"Sabah" Avstriyada Ukrayna klubuna uduzub

"Sabah" Avstriyada Ukrayna klubuna uduzub

Avstriyanın Tirol şəhərində təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama matçını keçirib.

"Report" xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda Ukrayna təmsilçisi "Polissya" ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan çempionunun 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, "Sabah" toplanış çərçivəsində daha əvvəl "Universitatya" (Rumıniya) və "Ferentsvaroş"la (Macarıstan) qüvvəsini sınayıb. Hər iki görüş 1:1 hesabı ilə başa  çatıb.

​​​​​​"Cebheinfo.az"