Millimizin üzvü Macarıstan klubundan ayrıldı

Azərbaycan voleybol millisinin üzvü Ayşən Abduləzimova Macarıstan təmsilçisi “Vaşaş”dan ayrılıb.
"Cebheinfo.az" xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.
Qeyd edək ki, 6 il ərzində “Vaşaş”ın şərəfini qoruyan 32 yaşlı voleybolçu bu müddətdə 5 dəfə Macarıstan çempionu olub.
"Cebheinfo.az"