Moskva parada qatılacaq liderlərin siyahısını hazırladı

Moskva parada qatılacaq liderlərin siyahısını hazırladı

Bu gün, mayın 6-da keçiriləcək brifinqdə prezidentin köməkçisi Yuri Uşakov 9 May Qələbə paradında iştirak üçün Moskvaya gələcək xarici qonaqların siyahısını açıqlayacaq.

Modern.az xəbər verir ki, bu barədə “Kommersant”ın məlumatında bildirilib.

Aprelin ortalarında Kreml bəyan etmişdi ki, paradda 20-dən çox dövlət və hökumət başçısının iştirak edəcəyini gözləyir.

Dəvət olunan qonaqlar arasında Hindistanın Baş naziri Narendra Modi və Serbiyanın Baş naziri Aleksandr Vuçiçin də adları vardı. Ötən həftə Modinin iştirak etməyəcəyi və tədbirdə onun yerini Hindistan nümayəndəsinin tutacağı məlum oldu.

Vuçiç mayın 3-də ABŞ-a səfəri zamanı özünü pis hiss edib və səfərini yarımçıq dayandırıb. Belqrada qayıtdıqdan sonra o, xəstəxanaya yerləşdirilib. Bu səbəbdən onun Rusiya paytaxtına səfəri sual altında qalır.

"Cebheinfo.az"