Qəzzada ölənlərin sayı artdı

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 48 nəfər artaraq 52 min 615 nəfərə çatıb.
"Cebheinfo.az" xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.
Qəzzada son 24 saat ərzində xəstəxanalarda 48 nəfərin öldüyü, 142 nəfərin yaralandığı bildirilib.Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 2 507 fələstinlinin həyatını itirdiyi, 6 711 nəfərin isə yaralandığı qeyd edilib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 52 min 615-ə, yaralı sayının isə 118 min 752-yə yüksəldiyi vurğulanıb.Qəzza zolağında minlərlə ölünün hələ də dağıntılar altında qaldığı bildirilir.
Nigar Hacılı
"Cebheinfo.az"